BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP Dövlət Xidmətini məhkəməyə verdi

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 16 sayli Ucar ərazi İdarəsini məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə rayon təşkilatı Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, Göyçay rayon təşkilatı qeyri-yaşayış sahəsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Fərid İsmayılzadənin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. 

 

Qeyd: YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürovdur. O, həmçinin Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icra edir.

 

Kamal Məmmədov

Tarix: 29 Aprel 2022, 21:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin