BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə Dövlət Xidmətini məhkəməyə verdi

Qəbələ rayonu Vəndam bələdiyyəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 9 sayli Qəbələ ərazi İdarəsini məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bələdiyyə Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, Vəndam bələdiyyəsi torpaq münasibətləri barədə tələb irəli sürüb. İddia hakim Fərid İsmayılzadənin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 30 Aprel 2022, 00:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin