BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev beynəlxalq konfransda çıxışı ilə bir daha nümayiş etdirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir” - RƏY

“Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda həmişə olduğu kimi yenə də ciddi məqamlara toxundu. Prezident Azərbaycanın Cənubi Qafqazda həm siyasi, həm də iqtisadi lakomotiv rolunu oynadığını nümayiş etdirdi. Bildirdi ki, Azərbaycan Cənubi Qafqaz regionunun təhlükəsizlik məsuliyyətini çiyinləri üzərində daşımağa hazırdır. Ona görə də dövlət başçısı təhlükəsizlik və sülhə xidmət edən addımların atılmasını hər zaman vacib sayır və bununla bağlı çağırışlar edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Deputatın sözlərinə görə, ölkə Prezidentinin hər zaman dediyi kimi, Ermənistanın Azərbaycan xalqına qarşı törətdikləri heç vaxt unudulmayacaq, bununla yanaşı sülh və əməkdaşlıq naminə hər zaman addım atmağa hazırıq və Ermənistandan da analoji addımlar gözləyirik: “Yaranmış vəziyyəti Ermənistan üçün şans hesab edən Prezident qeyd edib ki, Ermənistan sülh təkliflərimizi qəbul etdiyini bildirib və müsbət reaksiyalar alırıq. Bu günlərdə sərhədlərin müəyyənləşdirilməsi üçün birgə işçi komissiyanın yaradılması baş tutmalıdır. Bundan başqa, Ölkə Prezidenti Cənubi Qafqazın gələcəyi ilə bağlı suala cavab verəndə nümayiş etdirdi ki, gələcək perspektivlər üçün sülh və təhlükəsizlik vacibdir. Burada, həmçinin, dünyada cərəyan edən vəziyyətin təsirini xüsusi vurğuladı, ona görə də proqnoz vermədi. Cənab İlham Əliyev səsləndirdiyi fikirlərlə Azərbaycanın əsas əlaqələndirici qüvvə olduğunu nümayiş etdirdi. Məhz Azərbaycanın liderliyi altında Cənubi Qafqazda sülhün təmin olunmasının və əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyü qeyd edildi. Ölkə Prezidenti Azərbaycanın yaratmış olduğu postmünaqişə reallıqlarının dünyada qəbul edildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycanın yaratmış olduğu reallıqların qəbul olunması, təbii ki, yekun sülh sazişinin imzalanması imkanlarını daha real edir. Ayrıca olaraq, dövlət başçısı Ermənistanın Azərbaycanın etmiş olduğu humanitar jestlərə münasibətini sərgiləmiş oldu. Bildirdi ki, Kəlbəcərdən ermənilərin çıxarılması üçün verilən əlavə 10 gün ərzində onlar əraziləri minalayıb, evləri yandırıb, infrastrukturu dağıdıblar. Bir sözlə, Ölkə Prezidenti suallara cavabları ilə bir daha nümayiş etdirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və təhlükəsizlik məsuliyyətini öz çiyinlərində daşımağa hər zaman hazırdır, həmçinin sülh və əməkdaşlığın təmin olunması üçün təşəbbüskar və əsas iştirakçı rolunda çıxışa maraqlıdır”.

 

Nəzrin Cavid

Tarix: 30 Aprel 2022, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin