BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər bu ərazilərdən çıxarılacaq - Azərbaycan növbəti mina təhlükəsi ilə üz-üzə

"Prezident İlham Əliyev minaların təmizlənməsi ilə bağlı suala cavab verərkən müharibənin bitməsindən sonra 200-dən artıq hərbçi və mülki vətəndaşımızın minaya düşərək həlak olduğunu və ya ağır yaralandığını xatırladaraq Kəlbəcər istiqamətində minaların müharibədən sonra yerləşdirildiyini bildirdi: “Biz onlara 10-20 gün arası vaxt verdik ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılmasına sərf etdilər”. Prezidentin çıxış etdiyi saatlarda Laçında mina partlaması nəticəsində növbəti vətəndaşımızı itirdik. Azərbaycan Laçına alternativ koridorun inşaasını bitirmək üzrədir. İyun və ya iyul ayında koridor alternativ yola keçəcək və 2020-ci il 10 noyabr bəyanatına görə Laçın şəhəri və ətraf kəndləri nəhayət ki, nəzarətimizə keçəcək. Ermənilər bunu bildiklərindən növbəti təxribata əl ataraq Kəlbəcərdə olduğu kimi çıxdıqları yerləri minalamağa çalışacaqlar".

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

"Rusiya sülhməramlıları buna mane olmayacaqlar. Ona görə bütün gücümüzü bunun qarşısını almağa yönəltməliyik, azad olunan əraziləri minalardan təmizlədiyimiz dövrdə erməni separatçılarına Laçını və ətrafını minalamağa imkan verməməliyik" - E.Şahinoğlu qeyd edib.

 

Nadir

Tarix: 30 Aprel 2022, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin