BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq Nizami Orucov: “Qızlar üçün ayrıca kolleclər yaratmaqla keçmiş əsrlərə addım atmış olarıq”

“Qısa zaman kəsiyində qızlar üçün ayrıca kolleclərin yaradılması ideyası öz töhvəsini verə bilər, lakin uzun zaman perioduna baxdıqda burada müxtəlif problemlər ortaya çıxmış olacaq. Ümumiyyətlə, cəmiyyətdə baş verən hadisələrə və statistikaya nəzər saldıqda, bəzi mühafizəkar ailələrin niyə öz qızlarının məktəbə getməsinə mane olduqlarını anlamaq olur. Qızları məktəbə göndərməməklə və ya yalnız qızların təhsil alacağı kollelərə göndərməklə cəmiyyətdəki bəzi problemlər həllini tapmış olmaz. Qızların həyatı təkcə məktəb dövrü ilə yekunlaşmır. Belə ki, məktəbdən sonrakı dövr onların həyatlarında daha ciddi bir dönəm sayılır. Bununla da onların həyatında daha ciddi problemlər yarana bilər”.

 

Bu fikirləri Pravda.az-a Milli Məclisin Deputatı Fazil Mustafanın qızlar üçün ayrıca kolleclərin yaradılması fikrinə münasibət bildirərkən psixoloq Nizami Orucov deyib.

 

N.Orucov qeyd edib ki, hazırda dünyada qadın və kişilərin bir-birilərindən tamamilə təcrid olunmuş formada yaşaması qeyri-mümkündür: “Bu fikirlərə əsaslanaraq bildirmək olar ki, bu tip kolleclər həll yolu deyil və biz belə qərar qəbul etdiyimiz zaman, sanki keçmiş əsrlərə addım atmış olarıq. Bunu etmək əvəzinə, diqqətimizi məktəbdəki və ailələrdəki problemlərə verməliyik. Həmin problemlərin səbəblərini anlasaq və onları həll etməyi bacarsaq, bu, tezliklə öz nəticəsini verəcək və bizi cəmiyyət olaraq inkişafa aparacaq”.

 

Leyla

Tarix: 30 Aprel 2022, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin