Mayın 2-də və 3-də Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Hər il olduğu kimi bu ildə bayram namazı qılınacaq, fitrə zəkatı veriləcək və digər ibadətlər yerinə yetiriləcək. Pravda.az Milli Məclisin deputatlarının Ramazan bayramını necə qeyd edəcəkləri ilə bağlı sorğu keçirib.
Deputat Cavanşir Paşazadə bildirib ki, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanda keçirilən bayramların sevinci daha da artıb:
“Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir, hər kəsə bol ruzi arzulayıram. Xalqımızın qeyd etdiyi hər bayram əvvəlki vaxtlarda olduğundan daha fərqlidir. Şükürlər olsun ki, torpaqlarımız artıq azaddır. Mən bu il Ramazan bayramını evimdə, ailəm və qohum-əqrəbalarımla qeyd edəcəyəm. Valideynlərimin məzarlarını ziyarət edəcəyəm, qohumlarla görüşəcəyəm. Təbii ki, hər deputat ərazidə iftar süfrəsi təşkil edir, seçicilərlə görüşür. Hesab etmirəm ki, bunlar barədə detallı danışmaq lazımdır. Fitrə zəkatına gəlincə isə, Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi məbləğdə - adambaşına 10-15 manatdan olmaqla fitrə zəkatı çıxaracağam”.
Deputat Ceyhun Məmmədovun sözlərinə görə, Ramazan birlik və həmrəylik bayramıdır:
“Ona görə də həmişə olduğu kimi yenə həmrəylik nümayiş etdirmək lazımdır. Yaxın günlərdə xalqımız bu bayramı sevinclə qeyd edəcək və şükürlər olsun ki, son iki ildir ki, Ramazan bayramını işğaldan azad edilmiş ərazilərdə qeyd edirik. Prezident İlham Əliyev də Azərbaycan xalqını təbrik edib və təbrikdə bir çox vacib məqamlara toxunub. İnşallah, bu il də Ramazan bayramını ailəmlə, valideynlərimlə bərabər keçirəcəyəm, qohumları ziyarət edəcəyəm, imkan daxilində yaxınların məzarlarını ziyarət etməyi və rayona getməyi planlaşdırıram. Əlavə olaraq, təbii ki bayram günlərində şəhid və qazi ailələrinə baş çəkməyi düşünürəm”.
Milli Məclisin üzvü Müşfiq Cəfərov qeyd edib ki, qaydağa uyğun şəkildə fitrə zəkatı çıxaracaq və bayramı ailəsi ilə birgə qeyd edəcək.
O bildirib ki, bayramla bağlı xüsusi planı yoxdur: “Fitrə zəkatını ailə üzvlərinin sayına görə çıxaracağıq, biz ailədə 8 nəfərik. Bu işləri evdə, adətən, xanımlar həyata keçirir. Qaydaya uyğun məbləğdə fitrə zəkatı çıxarıb, həmçinin, ətrafımızda olan kasıb vətəndaşlara kömək etməyə çalışacağıq”.
Deputat Tahir Rzayev də Ramazan bayramında imkansız vətəndaşlara kömək etməyi üstün tutur.
Deputat bildirib ki, o, bayramı seçildiyi rayonda keçirməyi planlaşdırsa da, müəyyən səbəblərdən gedə bilməyəcək: “Bakıda olacağam. Sosial vəziyyəti aşağı olan vətəndaşlara əlimdən gələn köməkliyi əsirgəmirəm. Necə kömək edəcəyimizi demək düzgün deyil, amma əlimizdən gələn qədər çalışacağıq. Şəhid ailələri, qaziləri hər zaman diqqətdə saxlamaq lazımdır, amma bayram günlərində digər imkansız ailələri də unutmaq olmaz. Müəyyən qayda-qanunlar var, onsuz də şəhid ailələri və qazilərlə mütəmadi görüşürük”.
Parlament üzvü Naqif Həmzəyev deyib ki, Ramazan bayramını ailəsi və yaxınları ilə birgə qeyd edəcək:
“Qismət olsa, bayram namazında iştirak edəcəyəm və fitrə zəkatı çıxaracağam. Bunu etməyi özümə borc bilirəm. Allah hər kəsin ibadətini, oruc namazını qəbul etsin. İnşallah, xalqımızın üzərindən qara buludlar çəkilsin, xalqımız bir daha heç vaxt ağır sınaqlar qarşısında qalmasın. Arzu edirəm ki, Azərbaycan xalqı hər zaman birlik, bərabərlik, sülh və əmin-amanlıq içində yaşasın. İnşallah, keçmiş məcburi köçkünlər də ən qısa zamanda öz dədə-baba yurdlarına qayıdaraq bayramları Qarabağda qeyd edərlər. Əminəm ki, biz Azərbaycanın daha da güclənməsinin şahidi olacağıq”.
Deputat Vüqar İskəndərov da Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
V.İskəndərov bildirib ki, Ramazan bayramında sosial vəziyyəti aşağı olan ailələrə köməklik göstərmək, yaxınları ziyarət etmək lazımdır: “Bayramı Şəkidə keçirəcəyəm. Çalışacam ki, seçicilərin ərtafında, ailəm və yaxınlarımla bərabər olum. Xoşbəxtik ki, Ramazan bayramını artıq ikinci ildir, qalib xalq kimi qeyd edirik”.
Nəzrin Cavid
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
Ən son xəbərləri səhifəmizdən də izləyin