BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəzifəli şəxs koronavirusdan öldü

İranda koronavirusa yoluxmuş yüksək vəzifəli məmur ölüb.

 

Pravda.az-ın xəbərinə görə, yerli “Fars” agentliyi məlumat yayıb ki, İranın Ali lideri yanında Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi bu gün dünyasını dəyişib.

 

Ölümün dəqiq səbəbi bilinir. Lakin agentlik qeyd edir ki, həmin şəxsdə koronavirus aşkarlanıb və o, martın 1-də Tehranda xəstəxanaya yerləşdirilib.

 

72 yaşlı M. Mirməhəmmədinin məhz koronavirusdan öldüyü ehtimal edilir.

 

Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma ilk dəfə fevralın 19-da Qum şəhərində qeydə alınıb. Rəsmi məlumatlarda indiyədək İranda 978 yoluxmanın qeydə alındığı, ən azı 54 ölüm faktının baş verdiyi açıqlanıb.APA

Tarix: 2 Mart 2020, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin