BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezident İlham Əliyev özünə əmindir və qətiyyətli mövqe nümayiş etdirir" - RƏY

"2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan bu gün regionun gələcək inkişaf istiqamətlərini müəyyən edir. Ötən gün ADA universitetində təşkil edilmiş beynəlxalq konfransda Prezident İlham Əliyevin qətiyyətli çıxışı da bunu təsdiq edir. Şahidiyik ki, müharibədən əvvəl olduğu kimi postmüharibə dövründə də həyata keçirilən dövlət siyasəti, atılan addımlar beynəlxalq birlik tərəfindən təqdir edilir. Təbii ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya səviyyəli, nüfuzlu siyasətçi olması, əsl liderlik keyfiyyətlərini nümayiş etdirməsi əsas rol oynayır".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

 

Deputat bildirib ki, dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin, həmçinin, beynəlxalq qurumların təmsilçilərinin, o cümlədən tanınmış siyasətçilərin və aparıcı beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşlərini də qeyd etmək lazımdır: "Dövlət başçısının bu cür görüşlərdə səsləndirilən və ayrı-ayrı müsahibə və toplantılarda xarici KİV təmsilçilərinin ünvanladıqları suallara sərrast cavabları dünya birliyi tərəfindən təqdir edilir. Biz dəfələrlə İlham Əliyevə beynəlxalq birlik, o cümlədən dünyanın ayrı-ayrı aparıcı ölkələrinin rəhbərləri tərəfindən xüsusi rəğbət və hörmətlə yanaşıldığının şahidi olmuşuq. Qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri, uzaqgörənliyi, hər situasiyaya hazırlıqlı olması beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və təqdir edilir. Eyni zamanda, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu, düşünülmüş siyasət nəticəsində Azərbaycan hər keçən gün daha da inkişaf edir. Prezident İlham Əliyev regionda və dünyada cərəyan edən mürəkkəb hadisələri vaxtında və düzgün dəyərləndirmək keyfiyyəti sərgiləyir. Bu, onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, həm də Azərbaycanın bu təlatümlü proseslərdən itkisiz çıxmasına səbəb olur. Ötən gün baş tutmuş konfransda Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu bir daha sübut etdi. Prezidentin açıq şəkildə sülh mesajları ötürməsi, Ermənistana xəbərdarlığı, ümumiyyətlə toxunduğu digər vacib məqamlar onu deməyə əsas verir ki, Prezident özünə əmindir və qətiyyətli mövqe nümayiş etdirir".


Nəzrin Cavid

Tarix: 30 Aprel 2022, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin