BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank bu şirkəti cərimələdi

"Boruavadanlig" MMC-yə cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.


Daha sonra protokollar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.


İddia hakim Nərminə Rzayevanın icraatına verilib.


Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.


Qeyd: "Boruavadanlig" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Həsənov Aydın Əmiraslan oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 30.03.2016-ci ildir.


Kamal Məmmədov

Tarix: 30 Aprel 2022, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin