BURADA REKLAMINIZ OLA
BİLƏR

Astarada qardaşını baltalayan qadının məhkəməsi başladı

Astarada qardaşını qəsdən öldürməyə cəhd etmədə təqsirləndirilən Nadirə Qənbərovanın cinayət işi üzrə məhkəməsi başlayıb.


Pravda.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə tqəsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib.


Qeyd edək ki, hadisə bu ilin yanvarında Astara rayonunda qeydə alınıb.


Belə ki, 1986-cı il təvəllüdlü N.Qənbərova şəxsi münasibətlər zəminində qardaşı Astara rayonu Təngərüd kənd sakini 1982-ci il təvəllüdlü İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.


Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.


Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Kamal Məmmədov

Tarix: 30 Aprel 2022, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin