BURADA REKLAMINIZ OLA
BİLƏR

Hidayət Heydərov Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Pravda.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.

Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu olub.

Azərbaycan cüdoçusu Rüstəm Orucov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.

Bu, Azərbaycanın hazırkı qitə birinciliyində ilk medalı olub.

Tarix: 30 Aprel 2022, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin