BURADA REKLAMINIZ OLA
BİLƏR

Zeytun aptek yenidən karantin rejimini pozdu

"Zeytun Pharmaceuticals" MMC-yə yenidən cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Hafiz Kamranovun icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: "Zeytun Pharmaceuticals" MMC-yə daha əvvəl eyni xəta ilə cərimə protokolu yazılıb.

 

Qeyd: "Zeytun Pharmaceuticals" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Bəhruz Şirəliyevə məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 2 000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 09.10.2014-cü ildir.

 

Kamal Məmmədov

Tarix: 1 May 2022, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin