BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hər bir suala zərgər dəqiqliyi ilə mükəmməl cavab vermək ancaq nadir dünya liderlərinə xas olan xüsusiyyətdir” - RƏY

" ADA Universitetinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans dünyanın nüfuzlu düşüncə quruluşlarının rəhbərlərinin iştirak etdiyi ilk belə konfrans deyil. İlk belə konfrans xalqımızın 44 günlük Vətən müharibəsindən sonra 2021-ci ilin aprelin 13-də möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilib. Elə həmin konfransda iştirakçılar tərəfindən irəli sürülmüş Qarabağda beynəlxalq konfransın keçirilməsi təklifini Prezident müsbət qiymətləndirmişdi. Ona görə də məhz ilk konfrans iştirakçılarının əksəriyyəti, tanınmış ekspert, tədqiqatçı, geopolitiklər yenidən ikinci konfrasda iştirak ediblər. İlk konfransda olduğu kimi, bu konfras da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahim qızı deyib.

 

 

Deputat qeyd edib ki, üç saata yaxın davam edən həmin konfransı izləyən hər azərbaycanlı Azərbaycanın dostu möhtərəm Prezidentimizin ona ünvanlanan çoxşaxəli sualların cavabına heyran qalır, hətta iftixar hissi keçirirdi: "Möhtərəm Prezidentin iti zəkası, müdrikliyi və təmkinliyi, uzaqgörənliyi, zəngin dövlətidarəetmə təcrübəsi və güclü diplomatik bacarığı onun suallara verdiyi cavablarında ifadə olunurdu. Dünyada və bölgədə gedən geosiyasi prosesləri dərindən və mərhələli analiz etmək qabiliyyətinə malik və özünəməxsus xarizma ilə hər bir suala zərgər dəqiqliyi ilə mükəmməl cavab vermək ancaq  nadir dünya liderlərinə xas olan xüsusiyyətdir.  Hesab edirəm ki, Prezidentimizin bu ənənəvi təqdimatı universitetlərdə beynəlxalq münasibətlər üzrə yeni diplomatik üslub kimi tədris edilməlidir. Nəzərə almaq lazımdır ki, onun verilən hər bir suala cavabı diplomatiyada bir  "case study” adlandırılır. Qürurverici hallardan biri də odur ki, konfrans iştirakçıları sual verərkən möhtərəm Prezidentimizin qabiliyyətinə, savadına, bilik və bacarığına, fitri istedadına və cavablarını ingilis dilində ən yüksək və səlis səviyyədə ifadə etməsinə heyranlıqlarını gizlədə bilmirdilər. Ona görə də konfrans iştirakçıları onların suallarına verilən cavablardan hədsiz məmnun olduqlarını bildirirdilər. Onlar, həmçinin, qısa müddət ərzində möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda görülən işlər haqqında yüksək fikirlər səsləndirirdilər. Qeyd etmək istərdim ki, konfransın ilk günündə Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərin təşkil olunması konfrans iştirakçılarına erməni vandalizmi və erməni faşizminin əsil mahiyyəti haqqında daha dolğun təəssürat və bitkin məlumat əldə etməyə imkan yaratmış oldu. Konfransın ikinci günü bu təəssüratın onların açıqlamalarında əks olunduğu açıq hiss edilirdi. Konfrans iştirakçılarının həmin forumun əhəmiyyətinə dair səsləndiyi fikirlərə görə bundan sonra Şuşa dünyada təkcə bəşər mədəniyyətinə verdiyi töhfəsinə görə deyil, həm də diplomatik problemlərin çözüm mərkəzi, paytaxtı olacaq. Əslində,  möhtərəm Prezidentimizin bu diplomatik forumda dünyanı düşündürən və dünyanın ən aktual çağırışlarını, xüsusilə də Qafqazın  bu günü və gələcəyi ilə bağlı problemləri özündə ehtiva edən sualları cavablandırması təkcə bölgə əhalisi üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün çox önəmli idi. Möhtərəm Prezidentimizin bütün cavablarındakı ana xətt xalqımızın 44 günlük Vətən müharibəsi zamanı işğal altındakı torpaqlarımızı ikiyüz ildən çox yaşı olan erməni faşizmindən azad etməyilə bərabər, Azərbaycanın bölgədəki əvəzolunmaz rolu idi. Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Milli Ordumuzun şücaəti ilə qazandığımız möhtəşəm zəfər Qafqazda yeni eranın başlanmasına və yeni reallıqların yaranmasına səbəb oldu. Birmənalı olaraq demək lazımdır ki, həmin reallıqlar bölgə dövlətlərinin sülh və inkişaf naminə bir platformada əməkdaşlıq etməsini qaçılmaz və zəruri etdi. Qeyd etdiyim kimi,  möhtərəm Prezidentimizin cavabları birbaşa və ya dolayısı yolla Azərbaycanın həm bölgə, həm də bütövlükdə Avropa məkanı üçün nə qədər önəmli olduğunu əhatə edirdi. O, Azərbaycan xalqının otuz ilə yaxın müddətdə üzləşdiyi erməni təcavüzkarlığını, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlarla yanaşmalarını və bu yanaşmanın davam etməsini konkret faktlarla bildirirdi”.

 

M.İbrahim qızı qeyd edib ki, Prezident BMT və ATƏT kimi təşkilatların yalnız müəyyən dövlətlərin marağına xidmət etməsinə, beynəlxalq təşkilatlardakı erməni lobbisinin güclü təsiri kimi vacib məsələlərə də öz mövqeyini bildirdi: "Prezident İlham Əliyev Avropa İttifaqının müharibədən sonra Azərbaycana və Ermənistana ikili standartlarla maliyyə yardımının qəbul edilməzliyini açıq tənqid etdi. Bununla bərabər, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolunu yüksək qiymətləndirərək, Avropa İttifaqının ədalətli və fəal rol oynayacağına ümidvar olduğunu qeyd etdi. Vacib məqamlardan biri də  Ermənistanın bütün işğal dövründə dünya mirasının ayrılmaz parçası olan Qarabağda erməni vandalları tərəfindən dağıdılmış xalqımızın çoxəsirlik tarixə malik mədəni irsinə YUNESCO-nun səssiz qalmasına da  cənab İlham Əliyevin kəskin münasibət bildirməsidir. Bildiyimiz kimi, işğal altında olan torpaqlarımıza erməni vandalları tərəfindən minlərlə minalar basdırılıb və Ermənistan bu günədək minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməyib. Bu günədək 300-ə yaxın mülkü insan mina səbəbindən dünyasını dəyişib. Ölkəmiz öz imkanları hesabına minalardan təmizləmə prosesi aparsa da, ərazi çox böyük olduğundan təmizləmə prosesi illərlə vaxt tələb edir. Möhtərəm Prezidentimiz cavablarında bu məsələyə da toxunaraq beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibətini, bunun ədalətsizlik və ikili standartlar olmasını, yolverilməz olduğunu bildirdi. Bütün bunlara baxmayaraq, Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, yaranmış bu reallıqlar Azərbaycanın liderliyi ilə Ermənistanın heç bir qeyd-şərt olmadan təşəbbüslərimizi, eləcə də ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul etmək durumuna gətirib ki, bu da iki dövlət arasında imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əks halda, Ermənistan bölgədə tamamilə təcrid edilmiş vəziyyətdə qalmaqla, müstəqil dövlət kimi mövcud olacağı sual altında olacaq. Ermənistanın bir dövlət kimi və erməni xalqının bu bölgədə mövcud olmasının yeganə yolu odur ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etsinlər və onilliklər boyu təbliğ etdiyi saxta və zəhərli ideologiyanı tamamilə dəyişdirsin, həmçinin, bölgədə üçtərəfli səviyyədə qarşılıqlı əlaqələr üçün konstruktiv əməkdaşlıq niyyətini bildirsin. Möhtərəm Prezidentimiz təqdimatında dövlətimizin müstəqil siyasəti ilə bölgədə, eləcə də bütövlükdə xarici siyasətində böyük uğurlar qazandığını qeyd etdi. Tarix boyu Rusiyanın, Türkiyənin və İranın bölgədə böyük təsirə və nüfuza malik olmasına baxmayaraq, Azərbaycan xarici siyasətində balanslı və bərabərhüquqlu əməkdaşlığa dayanan siyasət yürüdüb. Bir tərəfdən, təbii müttəfiq və qardaş ölkə olan Türkiyə ilə imzalanmış və ittifaq dövlətinin rəmzi olan Şuşa Bəyannaməsi, digər tərəfdən Moskva Bəyannaməsi, eləcə də İranla sıx münasibətlərimiz Azərbaycan dövlətini daha da gücləndirir".

 

Nəzrin Cavid

Tarix: 30 Aprel 2022, 23:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin