BURADA REKLAMINIZ OLA
BİLƏR

"Buddizm bu dövrdə insanları qorumaq üçün evdən çıxmamağı, düşünməyi tövsiyə edir" - Natiq Cəfərli

Müqəddəs Ramazan Ayının fəlsəfəsi (Düşünmək üçün)

 

İnsan tarixində təkAllahlı dinlər yaranana qədər də “oruc tutmaq” anlayışı, bənzər ayinlər olub, həmişə müəyyən günlərdə yeməkdən, sudan, dünyəvi əyləncələrdən imtina etməklə ibadət adəti mövcud olub.

 

İlk Səmavi din olan İudaizm yaranandan sonra il ərzində bir neçə dəfə imtina ayinləri yarandı – Qedalya, Teveta, Tamuza, Ava, Ester ayinləri. Bu günlər ərzaində Səmavi din olan İudaizm mənsubları ayinlər, yemək-içməkdən imtina ilə ruhun təmizlənməsini həyata keçirirlər.

 

Katoliklərdə də bənzər ayinlər var – Pasxadan 40 gün əvvəl başlayır, amma müəyyən spesefik xüsusiyyətləri var.

 

Protestantlarda eyni ayin daha əsnəkdir, bu da Marten Lüterin davamçılarının Katoliklərə etirazından doğan məsələdir.

 

Provoslavların da eyni ayinləri var – “Velikiy Post” adlanan ayin 7 həftə davam edir, amma detallar var, hansı gün nə yemək olar, o da qeyd edilir.

 

Ümumiyyətlə sonuncu Səmavi Din olan müqəddəs İslama qədər bənzər ayınlər “Quadragesima” anlayışı üzərində (yəni 40 gün) qurulmuşdu.

 

Hətta Buddizmdə də bənzər ayin – “Vassa” adlanan anlayış var, “yağış” deməkdir, 3 aya yaxın davam edir, əsas fəlsəfəsi 3 ay ərzində bacardıqca tərkidünya olub öz əməlləri haqqında düşünmə dövrü sayılır. Amma əsas praktiki tərəfi odur ki, bu 3 ay ərzində çox böyük leysan, tropik yağışlar olur (yağışlar mövsümü), Buddizm bu dövrdə insanları qorumaq üçün evdən çıxmamağı, düşünməyi tövsiyə edir.

 

İslamda Ramazanın yeri, fəlsəfəsi başqadır - əsas məsələ nəfsin tərbiyyəsidir. Təbii ki, ayinləri yerinə yetirmək vacibdir, amma əsas odur ki, İnsan Övladı öz həyatı, etdiyi əməllər haqqında düşünsün, özünü saf-çürük etsin, pis əməllərdən çəkinsin. Bütün bunlar məhz nəfsin tərbiyəsi üçündür, nəfsinə sahib çıxmaq əsl ibadətdir. Təəssüf ki, insanlar bəzən bunu unudub ayinlərin fəlsəfəsinə deyil də, şəklinə fikir verir, formasını önəmli sayırlar.

 

Bütün Səmavi Dinlərdə eyni yanaşma, eyni məsələlər var, amma məhz müqəddəs dinimizdə Ramazan Ayının fəlsəfəsi çox aydın qeyd olunub və İslamdan öncəki dinlərə də istinad var, o dövrü inkar etmir: ““Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Əl Bəqərə surəsi, 183-cü ayə).

 

Əzizlərim, Ramazan Bayramımız mübarək, Allah bütün dualarımızı qəbul eləsin, Allah nəfsimizə hakim olmağı bizə nəsib etsin. Amin!

 

Natiq Cəfərli

 

Ekspert

Tarix: 1 May 2022, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin