BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq, dolu düşəcək

Sabahın hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.


Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.


Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

Tarix: 1 May 2022, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin