BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki PKK pulemyotu aşkar etdi

Hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki PKK pulemyotu aşkar ediblər.


Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə mayın 1-də saat 06:40-da ölkənin Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Polis bir daha vətəndaşlara qanunsuz silah və sursat saxlamağa görə cinayət məsuliyyətinin olduğunu xatırladıb.

 

APA

Tarix: 1 May 2022, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin