BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Nazirliyi Ramiz Mehdiyevin oğluna məxsus şirkətin tenderdə qalib gəlməsinə aydınlıq gətirdi - FOTO

“Deputat Etibar Əliyev “Şərq-Qərb” nəşriyyatının tenderdə qalib gəlməsi ilə bağlı sosial mediada paylaşım edib. “Şərq-Qərb” ASC-nin Təhsil Nazirliyinin açıq tenderlərində iştirak etməsi və bu tenderlərin birində qalib gəlməsi ilə bağlı nəzərə alınmalıdır ki, tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

Nazirlik rəsmisi qeyd edib ki, istənilən hüquqi və ya fiziki şəxs bu qanunun 6.2.-ci maddəsində nəzərdə tutulmuş ixtisas uyğunluğu meyarlarına cavab verirsə, tenderlərdə iştirak edə bilər: ““Şərq-Qərb” ASC digər müəssisələr kimi göstərilən tələbləri ödədikdən sonra tenderlərdə iştirak etmişdir. Xatırladırıq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan meyarların, o cümlədən, təsisçilərlə bağlı tələblərin tenderlərin iştirak şərtlərinə daxil edilməsi qanunla qadağandır”.

 

Qeyd: "Şərq-Qərb" ASC Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.

 

Nadir

Fotoları təqdim edirik
Tarix: 1 May 2022, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin