BURADA REKLAMINIZ OLA
BİLƏR

“İrəvanda vəziyyət qarışır, Kreml hər vasitə ilə sülh müqaviləsinə sədd çəkməyə çalışır...”

“İrəvanda vəziyyət qarışır, Kreml hər vasitə ilə sülh müqaviləsinə sədd çəkməyə, Avropa Birliyinin əsas moderator olmaq istəyinə son verməyə çalışır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Prezident Əliyevin son çıxışında Rusiyaya yönəlik sərt açıqlamaların səbəbi də məhz budur - Moskva bölgəmizdə sülhin bərqərar olmasını istəmir, İrəvanda revanşistləri hakimiyyətə gətirməyə çalışır. Bu gün bizim, Azərbaycan xalqının və dövlətinin Ukraynaya, o mübariz xalqa göstərdiyimiz dəstək tək onların haqlı, hüququn Kievdən yana olduğuna görə deyil, həm də ona görədir ki, Kremlin Ukrayna divarına çarpıb ciddi zəifləməsi bizim bölgəmizə sülh, əminamanlıq, dostluq, rifah gətirəcək, Ukrayna Kremlin "imperiya" xülyalarının "qəbirstanlığı" olacaq. Slava Ukraine!” – N.Cəfərli qeyd edib.

 

Nadir

Tarix: 1 May 2022, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin