BURADA REKLAMINIZ OLA
BİLƏR

“Erməniləri, deyəsən, yenidən ağıllandırmaq lazım gələcək”

“Ermənistan qarışmaq üzrədir, radikal müxalifətin bütün qanadları baş nazir Nikol Paşinyanı devirmək üçün birləşiblər, İrəvanın mərkəzi meydanında fasiləsiz mitinqlərə start veriblər. Müxalifət təmsilçilərindən biri meydanda çıxış zamanı “biz daha evə getmək istəmirik, biz “Şuşi”yə, Hadruta getmək istəyirik, “Şuşi” haqqında mahnını Şuşidə oxumaq istəyirik”. İkinci Qarabağ müharibəsindən zaman keçdikcə, ermənilər müharibənin nəticəsini unutmağa başlayıblar. Bunları deyəsən yenidən ağıllandırmaq lazım gələcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloqun sözlərinə görə, ermənilər elə bilirlər ki, Paşinyanı devirəndən sonra vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklər, yəqin, rusiyalı emisarlar qulaqlarına nəsə pıçıldayıblar: “Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var. Həmin açıqlamada Ermənistanda hakimiyyəti güc yolu ilə dəyişib, müharibədən sonrakı razılaşmalardan imtinanın onlara baha başa gələcəyin anlatmalıdır”.

 

Nadir

Tarix: 1 May 2022, 21:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin