BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin deputatının meşədə qalstukla oturması müzakirələrə səbəb oldu - FOTO

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəylinin meşədə qalstukla oturması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, deputatı tənqid edənlərdən biri Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli olub.

Onun sözlərinə görə, hər bir məmur başa düşməlidir ki, qalstuk taxıb gəzməklə deyil, ortaya iş qoymaq lazımdır: “Geyim hər şey deyil, bunu bilin artıq. Vətəndaşların problemi ilə məşğul olmaq lazımdır,  İsa bəy. Öz yerinizi gənclərə verməyin vaxtıdır, parlament xalqın iradəsi ilə formalaşmalıdır. Xalqı üçün çalışan gənclər parlamentdə təmsil olunmalıdır. Cənab prezident də qeyd edib ki, Azərbaycanda gəncləşmə siyasəti aparılır...”

 

Nadir

Fotoları təqdim edirik
Tarix: 1 May 2022, 21:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin