BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğurluq etmək istədi, cərəyan vurub öldürdü

Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

 

Pravda.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, Əyyublu kənd sakini 1988-ci il təvəllüdlü Yasin İbrahimov dostları ilə kənd ərazisindəki artezian quyularının birində elektrik paylayıcısından naqil kəsmək istəyən zaman onu cərəyan vurub.

 

Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı artıq iki nəfər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda onların digər cinayət işlərinin olub-olması araşdırılır.

Tarix: 2 May 2022, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin