BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İrəvanda hakimiyyətdə olan istənilən qüvvə İlham Əliyevin şərtlərini qəbul etməyə məhkumdur”

“Ermənistanda baş verən hadisələr yalnız bu ölkənin daxilində nəyisə dəyişə bilər. Çünki Ermənistan regionda həlledici rola malik hərbi-siyasi güc deyil. Hər kəs əmin olsun ki, Nikol Paşinyan devrilərsə, onun vadar edildiyi sülh prosesinə hakimiyyətə gələcək yeni qüvvələr də məcbur ediləcək”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputatın sözlərinə görə, Paşinyandan öncəki heç bir hakimiyyət “Qarabağ Ermənistandır.” deməmişdi, amma Paşinyan dedi və nəticəsini də gördü: “Prezident İlham Əliyevin də bildirdiyi kimi, "Qarabağ Ermənistandır" deyən hakimiyyət bu gün bizim şərtlərimizi açıq şəkildə qəbul edir. Azərbaycanın irəli sürdüyü bu şərtlər beynəlxalq hüququn tələbləridir, başda qalib Azərbaycan olmaqla bütün bölgə dövlətlərinin, o cümlədən də dalana dirənmiş Ermənistanın maraqlarına cavab verir. Bu mənada meydanda hansı şüarı səsləndirməyindən asılı olmayaraq, İrəvanda hakimiyyətə gələcək istənilən qüvvə İlham Əliyevin şərtlərini qəbul etməyə, onun müəyyən etdiyi gündəliyə uyğunlaşmağa məhkumdur. Əksini düşünən qüvvə Ermənistanın dövlət kimi süqutunun və 10 minlərlə erməni gəncinin məhv edilməsinin məsuliyyətini daşıyacaq. Müzəffər Ali Baş Komandan Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində də bəyan etdiyi kimi, “bu gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür.” Ermənistan da, ona havadarlıq edən dairələr də bilirlər ki,  müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil. Digər tərəfdən, İrəvanda siyasi gərginlik reallığı dəyişə bilməsə də, sülh prosesini ləngitmək məqsədi daşıya bilər. Lakin Azərbaycan bütün ssenarilərə hazırdır, bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək, cənab İlham Əliyevin post-müharibə dövrü üçün müəyyən etdiyi yol xəritəsi hərfi-hərfinə icra ediləcək”.

 

Nəzrin Cavid

Tarix: 2 May 2022, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin