BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nar”la “Xaliq Faiqoğlu”nun məhkəmə çəkişməsi başladı

“Azerfon” MMC (“Nar”) ilə “Xaliq Faiqoğlu” MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə hazırlıq iclası başlayıb.

 

Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

 

Növbəti proses mayın 20-nə təyin edilib.

 

Qeyd: “Nar” şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb. Lakin müqavilənin nədən ibarət olduğu açıqlanmayıb.

 

Xatırlatma: “Azerfon” Azərbaycanda mobil rabitə xidmətləri göstərir. "Xaliq Faiqoğlu" isə ölkədə bir çox marşrut xətlərinin daxil olduğu əsas MMC-lərdən biridir.

 

Mətbutada yayılan məlumata görə, "Xaliq Faiqoğlu" şirkətinin uzun müddətdir vergiyə ödənməyən külli miqdarda borcu da var. Məlum olub ki, şirkətin 75 min manatdan çox ödənilməyən vergi borcu var və buna görə də məhkəmə çəkişməsi davam edir.

 

Bildirək ki, "Xaliq Faiqoğlu" şirkətinin faktiki rəhbəri Faiq Seyidovdur. Şirkət rəhbərinin adı mətbuata oğlunun törətdiyi qəza ilə də tanışdır. Faiq Seyidovun oğlu Xaliq Seyidovun Binəqədi rayonu ərazisində törətdiyi qəzanın gizlədilməsi ilə bağlı yazılar dərc edilirdi.

 

Bundan başqa, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında yaranan mülk davası da geniş müzakirələrə səbəb olmuşdu.

 

Azad Xanməmmədov 2 min kvadrat metr sahəsi olan obyektləri həm də “Safa Holdinq”in sahibi olan Faiq Seyidova icarəyə verdiyini, pulu ala bilmədiyini deyirdi. Azad Xanməmmədov mühafizəçilərlə holdinqə gedərək ictimai asayişi pozmuşdu. Buna görə də o, və bir neçə mühafizəçi həbs edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 2 May 2022, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin