BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan kifayət qədər güclüdür və Ermənistan təxribatlarına çox ciddi və sərt cavab verə bilər”

“Ermənistan müxalifəti əsasən hərbi cinayətkarlardan ibarət olan “Qarabağ klanı”nın nümayəndələrindən ibarətdir. Onlar  hakimiyyətə qayıtmağa cəhd edirlər, lakin böyük kütləvi aksiyalara nail ola bilmirlər. Çünki Ermənistan əhalisinin böyük hissəsi müharibə istəmir, onlar başa düşürlər ki, “Qarabağ klanı” hakimiyyətə gələrsə, hər zaman olduğu kimi, ciddi soyğunçuluq halları qaçılmaz olacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

 

Deputat qeyd edib ki, “Qarabağ klanı”nın arxasında duran Rusiya hərbi sənaye kompleksinin zəiflədiyini də nəzərə almaq lazımdır: “Ona görə də Rusiya “Qarabağ klanı”na ciddi dəstək vermək imkanına malik deyil. Ən əsası, Azərbaycan kifayət qədər güclüdür və Ermənistan təxribatlarına çox ciddi və sərt cavab verə bilər. Odur ki, burada əsas aparıcı amil güclü Azərbaycanın silahlı qüvvələrinin regionda stabilliyə verdiyi töhfədir”.

 

Nəzrin Cavid

Tarix: 2 May 2022, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin