BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da bağlı qapılar arxasında Mirzoyandan nə soruşublar?

“İrəvan qarışarkən baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı Vaşinqtona göndərib. Paşinyana da aydındır ki, İrəvandakı radikalların hərəkətə keçməsinin təşkilində Moskvanın əli var. İrəvanda qışqırıb bağıranlar Rusiyanın əlaltılarıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, Vaşinqton Moskvanın Paşinyanı  devirmək planına mane olmaq istəyir, amma bunun üçün Paşinyan Amerika Birləşmiş Ştatlarına yaxınlıq nümayiş etdirməlidir: “Bu isə Kremli Paşinyana qarşı daha çox aqressivləşdirəcək. Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə və digər amerikalı rəsmilərlə görüşlərdə Azərbaycandan şikayət edib, “əsirlər”dən danışıb. Bu mətbuat üçün yayımlanan məlumatdır. İnanmıram ki, bu mövzu Vaşinqtonu narahat edir. ABŞ rəsmiləri bağlı qapılar arxasında söhbətdə böyük ehtimall Mirzoyana Rusiya ilə bağlı suallar ünvanlayıblar: “Moskva Sizdən nə istəyir?”, “Kreml Sizi nə ilə hədələyir?” və s. Mirzoyan 4 gün Vaşinqtona olacaq və bu sualları müxtəlif görüşlərdə eşidəcək. Böyük ehtimalla Ararat Mirzoyan okeanın o tayından geri döndükdən sonra yenidən Moskvaya sorğuya çağrılacaq”.

Tarix: 3 May 2022, 01:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin