BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu - Müdafiə Nazirliyi məlumat yaydı - SON DƏQİQƏ

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Şəxsi heyət və texnikamızda itki yoxdur.

 

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Tarix: 3 May 2022, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin