BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ölkə rəhbərliyi şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət və qayğı göstərir” - RƏY

“Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman böyük qayğısı var. İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bir il ərzində 3000 mənzilin verilməsi bunun əyani göstəricisidir. Bu il də onlara 1500 mənzil veriləcək”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov ötən gün Prezident İlham Əliyevin Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışındakı çıxışını şərh edərkən deyib.

A.Badamov qeyd edib ki, şəhid ailələrinin mənzil-məişət problemləri həll olunur: “Digər problemlərin həll edilməsi üçün də ölkə başçısı bütün dövlət qurumlarına tapşırıqlarını verib. Cənab prezident dünən Sabunçu rayonunda kompleksin açılışı zamanı da bir daha vurğulayıb ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ən yüksək qayğıya layiqdirlər, çünki onlar 30 illik düşmən tapdağı altında olan torpaqlarımızı azad edib, vətən uğrunda canından keçməyə hazır olan qəhrəman oğullarımızı bizə bəxş ediblər. Şəhidlik zirvəsinə ucalmaq bu qəhrəmanlarımıza qismət olmuşdu və belə cəsur oğullarını itirmiş ailələrin dərdi əvəzolunmaz bir dərddir, ancaq övladlarının ölkə bütövlüyü uğrunda canlarından keçməsi və ən əsası torpaqlarımızın düşmən tapdağı altından azad olunması həmin ailələrə də bir təsəlli olmuşdur ki, onların qanı yerdə qalmayıb. Buna görə də hər zaman Azərbaycan dövləti, Prezident İlham Əliyev və hər bir vətəndaş onların xatirəsini yad edəcək və heç vaxt unutmayacaq. Şəhid ailələri həmişə dövlət qayğısı ilə əhatə olunacaq və onların mövcud probleminin həll edilməsinə dəstək nümayiş etdiriləcək”.

 

Leyla Yusubova

Tarix: 3 May 2022, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin