BURADA REKLAMINIZ OLA
BİLƏR

“Deputatlar, dövlət məmurları çalışırlar ki, Prezidentin şəhid ailələri ilə bağlı tövsiyələrini və təlimatlarını yerinə yetirsinlər” - RƏY

“Cənab prezident İlham Əliyevin dünənki çıxışında bir sıra vacib məqamlar var. Əvvəla qeyd etmək lazımdır ki, dünən müsəlman dünyası Ramazan bayramını qeyd edirdi və ölkə başçısı həmin gündə həm məktəbin açılışını etdi, həm də şəhid ailələri ilə görüşdü. Bu, dövlətin bu kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahürüdür. Biz dəfələrlə görmüşük ki, Cənab prezident doğum gününü, ümumiyyətlə, əlamətdar günləri qaçqın və məcburi köçkünlərlə, şəhid ailələri ilə qeyd edir. Bu dəfə də Prezident İlham Əliyev Mehriban xanımla birgə öz ənənəsinə sadiq qalaraq şəhid ailəsinin mənzilindən oldular”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov ötən gün Prezident İlham Əliyevin Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışındakı çıxışını şərh edərkən deyib.

“Ölkə başçısı xüsusilə qeyd etdi ki, hər bir dövlət məmurunun, hər bir vətəndaşın borcudur ki, şəhid ailələrinə diqqət və qayğı göstərsin. Bugün öz nümunəsində prezidentimiz bunu çox uğurla yerinə yetirir. Həm prezident İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın gündəlik işlərində bu kateqoriyadan olan insanlara diqqət və qayğı birinci yerdə durur. Burada evlərin, avtomobillərin verilməsi, müalicə üçün Türkiyəyə, İsrailə göndərilməsi, yardımların verilməsi istiqamətində işlər görülür. Bununla yanaşı bütün dövlət məmurlarına, dövlət strukturlara ciddi tapşırıqlar verilib ki, bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərilsin. Yəni bugün bu, hər kəs qarşısında bir vəzifə olaraq qoyulub. Biz millət vəkilləri, dövlət məmurları da öz növbəmizdə çalışırıq ki, prezidentimizin tövsiyələrini və təlimatlarını yerinə yetirək. Cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycan vətən müharibəsində böyük qələbəni təmin etdi. Əldə etdiyimiz qələbədə isə şəhidlərin böyük payı var. Bu baxımdan da biz bütün vətəndaşlar, hər birimiz çalışmalıyıq ki, bu insanların yanında olaq. Onlara xüsusi diqqət və qayğı göstərək” – C.Məmmədov qeyd edib.

 

Leyla

Tarix: 3 May 2022, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin