BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” şirkətin elektrik enerjisini qanunsuz kəsdi - QƏRAR

"FBCO" MMC “Azərişıq” ASC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC bu barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Şirkət iddiasında cavabdehin qanunvericiliyin tələblərini pozduğunu qeyd edib. Belə ki, "FBCO" 2105.25 manat miqdarında vurulan maddi ziyanın, işgüzar nüfuza xələl gətirilməsinə, şirkətin imicinin pozulmasına görə 1000 manat mənəvi ziyanın və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat xərcin, ümumilikdə isə 3165.25 manatın “Azərişıq” ASC-dən tutulması barədə iddia tələbi irəli sürüb.

 

İddia ərizəsi onunla əsaslandırılıb ki, 29 iyun 2021-ci il tarixində özünü “Azərişıq” ASC-nin nümayəndəsi kimi təqdim edən Mahir adlı şəxs şirkətin ödənişlərinin mütəmadi olaraq gecikdiyini və buna görə dərhal elektrik enerjisinin verilməsinin dayandırıldığını bildirib: “Halbuki, 17.05.2021-18.06.2021-ci il tarixləri üzrə istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün təqdim edilmiş 18.06.2021-ci il tarixli hesab ödəniş vərəqəsi üzrə iddiaçı tərəfindən 29.06.2021-ci il tarixində ödəniş həyata keçib. Cavabdehin nümayəndəsinin qanunsuz, özbaşına əməli kafenin 5 saat (12:15 – 17:15 aralığında) elektrik enerjisiz qalmasına, kassa aparatları işləməməsi nəticəsində satışın həyata keçirilə bilməməsinə, soyuducuların işləməməsi nəticəsində ərzaq mallarının xarab olmasına, satışın həyata keçirilməməsi nəticəsində əməkdaşların mükafatsız qalmasına gətirib çıxarıb. 5 saat ərzində lazımi şəraitdə saxlanıla bilməyən ərzaqlar xarab olub, satışa yararsız hala düşmüş və nəticədə şirkətə 505.25 manat həcmində maddi ziyan dəyib. Satışın rəsmiləşdirilə bilməməsi nəticəsində isə baş vermiş hadisədən bir gün sonra və bir gün öncəyə nəzər saldıqda təxminən 1600 manat əldən çıxmış fayda şəklində şirkətə zərər vurulduğunun da şahidi olur.

 

29 iyun 2021-ci ildə cavabdehə müraciət ünvanlayaraq, baş vermiş hadisəyə aydınlıq gətirilməsini və dəymiş zərərin ödənilməsini xahiş edilib. Lakin təəssüf ki, vaxtında edilən ödənişlər və qanunvericiliyin tələbləri diqqətdən yayınıb. Daha sonra qanunvericiliyin tələbini nəzərə alaraq, 04.09.2021-ci il tarixində cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlayaraq məsələnin məhkəmə orqanlarına çatmadan həll olunması üçün çalışılıb. Lakin “Azərişıq” ASC mübahisə üzrə 15.11.2021-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməyib. Bununla bir daha sözügedən Cəmiyyətin istehlakçılara qarşı laqeyd yanaşmasının şahidi olunub”.

 

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılaraq qərar elan edilib. Qərara əsasən, iddia qismən təmin olunub. Belə ki, 505,25 manat miqdarında vurulmuş maddi ziyan və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat xərc “Azərişıq” ASC-dən iddiaçının xeyrinə tutulub. Həmçinin 51,65 manat məbləğində dövlət rüsumunun 9,21 manat məbləği ASC-dən tutularaq dövlət gəlirlərinə alınıb.

 

Kamal Məmmədov

Tarix: 3 May 2022, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin