BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məşhur klinika cərimələndi

“Medera hospital” MMC cərimələnib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

 

Qərara əsasən, hospital 1200 manat məbləğində inzibati cərimə edilib.

 

Qeyd edək ki, 31.03.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayon ərazisində yerləşən “Medera hospital”ına baxış keçirilib. Bu zaman hospitalın işçisinin tibbi maskadan istifadə etməməsi aşkar olunub.

 

Daha sonra hospital barəsində İdarə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 3 May 2022, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin