BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” çempion oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Pravda.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. “Şamaxı” eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, “Səbail”in müqavimətini qıra bilməyib – 0:0.

Günə çempionatın lideri “Qarabağ”la “Sabah” arasında matçla yekun vurulub. İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra həll olunub. Kadi Borqes 47-ci dəqiqədə hesabı açsa da, Kristian da Silva bərabərlik qoluna imza atıb. Bu bir xal Qurban Qurbanovun yetirmələrinə qızıl medalları təmin etmək imkanı verib. Xal hesabını 59-a çatdıran ağdamlılar finişə üç tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.



Tarix: 3 May 2022, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin