BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bravo” cərimələndi

“Bravo” supermarketinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, supermarket barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şirkət təqsirli bilinərək 1 200 manat məbləğində cərimə edilib. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.

 

Qeyd edək ki, 10.03.2022-ci il tarixdə saat 11:29-da Abşeron rayonu, Masazır kəndi, Vahid küçəsində yerləşən “Bravo” supermarketlər şəbəkəsinə məxsus supermarketdə karantın rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməyib.

 

Kamal Məmmədov

Tarix: 3 May 2022, 23:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin