Bakıda kişi arvadını gözəllik salonunda döyüb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nizami Rayon Məhkəməsində elan edilib.
Qeyd edilib ki, hadisə 2021-ci il iyunun 22-si saat 16:50 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən “Lotos Studio” gözəllik salonunda baş verib.
İttihama görə, Vəli Vəliyev (ad, soyadı şərti) həmin gün keçmiş arvadı Ləman Əliyevanın (Ad, soyadı şərti) işlədiyi gözəllik salonuna gəlib. O, salonun içərisində Ləman Əliyevanın uşaqlarını ona göstərməməsini bəhanə edərək qadına yüksək səslə nalayiq ifadələr işlədib. Daha sonra Vəli Ləmana qarşı zor tətbiq edərək yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub.
Vəli Vəliyev qadının polisə şikayəti əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Vəli Vəliyev özünü təqsirli bilib. İfadəsində göstərib ki, o, hər ay 650 manat aliment ödəyir və uşaqlarının başqa xərclərini də qarşılayır. Lakin zərərçəkmiş şəxs uşaqları ilə görüşməyinə şərait yaratmır. O qeyd edib ki, hadisə baş verən gün övladının istədiklərini alıb uşağını görmək üçün Zirə kəndinə gedib:
“Uşağıma zəng etdim, telefonu açmadı. Ləmana zəng etdim, o da telefona cavab vermədi. O, uşağı göstərəcəyini bildirdi, lakin buna əməl etmədi. Mən də dəniz kənarına gedib aldıqlarımı ora atdım. Əsəbi halda Ləmanın işlədiyi salona gedib onu vurdum. Səhv etmişəm, bir daha belə bir hərəkətə yol verməyəcəm. Əməlindən peşmanam”.
Daha sonra məhkəmə baxışında Ləman Əliyeva zərərçəkmiş qismində dindirilib. O deyib ki, təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır:
“Dəfələrlə belə hadisə baş verib. Mən dəfələrlə şikayət etmişəm. Vəli içir, bizim evin yanında ev tutub hər gün məni, uşaqlarımı güdür, istədiyi vaxt məktəbə gedib dərs vaxtı övladımı götürürdü. Mən də narahat olurdum. Sonra bir gün o, uşağımı götürüb evə gətirmədi. Məni nalayiq ifadələrlə təhqir etdi. Söylədi ki, əgər gəlsəm məni öldürəcək.
Vəli uşağa elə sözlər demişdir ki, övladım atasını “qara siyahı”ya atdı. 14 yaşındakı uşağa “anan əxlaqsızdır, onu öldürəcəm” demişdir. Uşağım da qaçaqaça mənim iş yerimə gəlib söylədi ki, “ana gəlmə, ata məhəllədədir, deyir səni öldürəcəm”. Sabiq qayınatama zəng edib xahiş etdim ki, “onu məhəllədən aparın, müalicə etdirin”. Təqsirləndirilən şəxs məni nalayiq söyüşlərlə təhqir edərək alimenti ödəməyəcəyini bildirdi. Vəli alimenti ödəmədiyi üçün mən pandemiya dövründə çox sıxıntı yaşadım. O, istədiyi vaxt bizim evə gəlirdi və uşaqları görürdü. Vəli uşaqların tərbiyəsi, təhsili ilə məşğul olan ata deyildir.
Hadisə günü iş yerində idim. Vəlinin gəldiyini, özündə olmadığını gördüm. Salonun qapısını bağlayıb tutum ki, Vəli içəri girməsin. Həmin vaxt salonda olan lazer ustasının anası mənə narahat olmamağımı dedi. Vəli oğlumun harada olduğunu soruşu və mənim üstümə cumdu. Vəli yumruqla başımdan, 2 dəfə isə qabırğamdan vurdu. Sonra orada olan qadın qaçıb mühafizəçini çağırdı. Mühafizəçi gələnə kimi Vəli yumruqla mənim başımdan vururmağa davam edirdi”.
Ləman əliyeva söyləyib ki, Vəli Vəliyev pandemiya dövründə 9000 manata yaxın alimenti ödəməyib:
“Bununla bağlı aidiyyəti orqanlara müraciət etmişəm. Vəli dəfələrlə zəng edib məni söyürdü. Vəlinin məndən uzaq durmasını istəyirəm. Bununla bağlı dəfələrlə onun valideynlərinə də demişəm. Məni döyüb, öldürəcəyi ilə hədələyirdi. Ondan şikayətçiyəm”.
Məhkəmədə elan edilib ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işinin icraatına xitam verilib.
Vəli Vəliyev barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam edilib.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin