BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Zelenskinin fikirləri kontekstindən çıxarılmış formada təqdim edilib”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəni tənqid edən fikirlərinə münasibət bildirərkən nəzərə almaq lazımdır ki, o, həmin fikirlərini məhz Yunanıstan televiziyasına müsahibəsində deyib. Yəqin, sualın qoyuluşu fərqli olub və Zelenskini sualı həmin formada cavablandırması üçün istiqamətləndiriblər. Yəni, burada yunan mətbuatının rolu böyükdür. Müsahibədə Zelenskinin indiyə qədər Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərin müəyyən qədər kənara sıxışdırıldığı aydındır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, əslində, Ukrayna bu müharibənin qarşısının alınmasında Türkiyənin vasitəçilik missiyasının rolunu başa düşür: "Məsələ burasındadır ki, Rusiya əleyhinə sansksiyalara qoşulan dövlətlərdən heç biri vasitəçi ola bilmir. Belə olan halda, NATO ölkəsi olan Türkiyənin obyektiv mövqedə dayanması, vasitəçilik missiyasını öz üzərinə götürməsi, Rusiya əleyhinə sansksiyalara qoşulmaması müharibənin qarşısının alınması üçün imkan və potensialı artırır. Türkiyənin sıradan bir NATO ölkəsi olmadığını, hərbi gücünə görə NATO-da ikinci, iqtisadi gücünə görə isə Avropada altıncı dövlət olduğunu nəzərə almaq lazımdır. Bütün bunları diqqətə alsaq, əminliklə deyə bilərik ki, Türkiyə kimi dövlətin münaqişə tərəflərinə bərabər məsafədə dayanması Ukrayna üçün həyati əhəmiyyətli məsələdir. Fikrimcə, bu məsələ Yunanıstan mətbuatı tərəfindən çox şişirdilib. Onlar strateji maraqlarını həyata keçirmək üçün ayrı-ayrı cümlə və fikirlərdən fərqli istifadə ediblər. Hesab edirəm ki, Zelenskinin fikirləri bir çox hallarda kontekstindən çıxarılmış formada təqdim edilib”.

 

Nəzrin Cavid

Tarix: 4 May 2022, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin