BURADA REKLAMINIZ OLA
BİLƏR

Belarusda ölüm hökmü bərpa edilə bilər

Belarus parlamentinin yuxarı palatası terror aktına cəhdə görə ölüm cəzasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı Belarusun dövlət agentliyi olan “Belta” yayıb.

 

Parlamentin aşağı palatasının mətbuat xidməti isə vurğulayıb ki, qanun layihəsi dağıdıcı elementlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətin terrora qarşı qətiyyətli mübarizəsini nümayiş etdirmək məqsədilə hazırlanıb.

 

Qeyd edək ki, Belarusda qanun layihəsinin qüvvəyə minməsi üçün onu parlamentin hər iki palatası təsdiq etməli və sonda layihə prezident tərəfindən imzalanmalıdır.

 

Leyla

Tarix: 4 May 2022, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin