BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq Müdafiə naziri mənimsəmədə ittiham olunur

Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

 

Pravda.az-ın xəbərinə görə, Ermənistanın Xüsusi İstintaq Xidməti eks-nazirə qarşı bu ittihamı irəli sürüb. Onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçilib.

 

Qeyd olunub ki, o, nazir olduğu 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən saxtakarlığa yol verib. Bu yolla 3.6 milyard dram (təxminən 2 milyon dollar) mənimsəyib. Belə ki, həqiqi dəyəri 4 646 400 000 dram olan QSC 1.046.400.000 drama özəlləşdirilib və dövlətə külli miqdarda ziyan vurulub. 

 

Qeyd edək ki, Ohanyan 2008-2016-cı illərdə nazir olub.

Tarix: 2 Mart 2020, 20:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin