BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ukrayna heç vaxt dondurulmuş münaqişə adlı diplomatik bataqlığa girməyəcək” - Zelenski

“Ukrayna heç vaxt dondurulmuş münaqişə adlı diplomatik bataqlığa girməyəcək”.

 

Pravda.az “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Wall Street Journal CEO Council Summit”in sessiyasının aparıcıları ilə söhbəti zamanı deyib.

 

“Biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. Mən prezidentliyə “Minsk-1” və “Minsk-2” razılaşmaları olanda gəlmişəm. Orada müvafiq sənədlər qaldırılmışdı və deyə bilərəm ki, bunların heç biri ciddi sənəd deyildi. Kağız üzərində müəyyən razılaşmalar var idi. Onlarda dondurulmuş münaqişə haqqında bəndlər yer alırdı. Mən belə bir sənədin əleyhinəyəm və bizdə belə bir sənəd heç vaxt olmayacaq” -  Zelenski bildirib.

 

O, həmçinin əlavə edib ki, Ukrayna Minsk razılaşmalarını pozmayıb və danışıqlar prosesindən geri çəkilməyib.

 

Leyla

Tarix: 4 May 2022, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin