BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü qazi kimi təqdim edərək dilənən şəxs həbs edildi

Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxs həbs edilib.

 

Pravda.az xəbər verir ki, ötən gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, əvvəllər 3 dəfə məhkum edilmiş 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov saxlanılıb.

 

Məlum olub ki, Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

 

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə göndərilib.

 

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.

Tarix: 4 May 2022, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin