BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan: “Dinləmək istəmirsiniz?! Sizdən gözlədiyimiz məhz bu idi...”

Ermənistan Parlamentinin iclasında təşkil olunan “Hökumət saatı”nda müxalifət hazırda Ermənistanda baş verən mitinq iştirakçıları adından Nikol Paşinyanın istefasını tələb edib.

 

Pravda.az “News.am”a istinadən xəbər verir ki, bu tələbi Daşnaksütyun partiyasının üzvü, “Ermənistan” müxalifət blokundan olan deputat Armen Rüstəmyan səsləndirib.

 

Paşinyan öz növbəsində bu tələbə cavab verməyə çalışıdğı zaman müxalif partiyanın üzvləri onu dinləməkdən imtina edərək ayağa qalxıb və iclas zalını tərk etməyə çalışıblar.

 

“Dinləmək istəmirsiz?! Sizdən gözlədiyimiz məhz bu idi!”, deyə Paşinyan onların ardınca səslənib.

 

Leyla

Tarix: 4 May 2022, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin