BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim: “İnsanlar mövsümi qrip keçirəndə belə, tibbi maskadan istifadə etməlidirlər”

“Qadağaların aradan qaldırılmasına baxmayaraq, yenə də əhali şəxsi gigiyenasını, ara məsafəsini gözləməli, kütlənin çox olduğu yerlərə getməməlidirlər. İnsanlar bu dönəmdə mövsümi qrip keçirsələr belə, maskadan istifadə etməlidirlər ki, ətrafdakıları yoluxdurmasınlar, çünki bu virus digərlərinə daha pis şəkildə təsirini göstərə bilər. Yəni insanlar istər koronavirusun mövcud olduğu, istərsə də onun artıq gözə çarpmadığı dönəmdə adi mövsümi qrip keçirdikləri zaman belə maska taxmaq vərdişinə ciddi şəkildə riayət etməlidirlər”.

 

Bunu Pravda.az-a 19 saylı şəhər poliklinikasının baş həkim müavini Yeganə Cəfərova deyib.

 

Y.Cəfərova, həmçinin bildirib ki, COVİD-19 pandemiyasının, koronavirusun tamamilə məhv olmasını, yoxa çıxmasını demək olmaz: “Yeni bir ştamm vasitəsilə geri qayıtma ehtimalı var: “İnsanlar virusun yoxa çıxmasına arxayın olub sağlamlıqları üçün nəzərdə tutulan təhlükəsizlik tətbirlərinə biganə yanaşmamalıdırlar”.

 

Leyla

Tarix: 4 May 2022, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin