BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN "Ağ Şəhər"ə protokol yazdı, məhkəmə cərimə kəsdi

Nərimanov Rayon Məhkəməsində "KnightsBridge Ağ Şəhər" Mənzil Tikinti Kooperativi (MTK) barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, MTK-ya inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

 

Qeyd: MTK barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.3-cü (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 4 May 2022, 21:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin