BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avromed” cərimələndi

Nəsimi Rayon Məhkəməsində “Avromed Company” MMC barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

 

Qeyd: “Avromed Company” şirkətinin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində İXM-nin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə 3 cərimə protokolu yazılıb.

 

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

 

Kamal Məmmədov

Tarix: 5 May 2022, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin