BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda zavodda partlayış olub - Prokurorluq məlumat yaydı

Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.

 

Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

 

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölmüşdür.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Tarix: 5 May 2022, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin