BURADA REKLAMINIZ OLA
BİLƏR

“AzerTelecom” cərimələndi

Nərimanov Rayon Məhkəməsində “AzerTelecom” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

 

Qeyd: “AzerTelecom” MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 5 May 2022, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin