BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Quliyev: “Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq həyatımın ümdə məqsədi olacaq”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Hersoqovinada Fövqəladə və Səlahiyyətli səfiri təyin edib. Bu münasibətlə tanıdığım və tanımadığım yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə  təbriklərini çatdırıb, gələcək fəaliyyətimlə bağlı xoş arzularını bildirib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Vilayət Quliyev bildirib.

 

“Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm. Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq” – V.Quliyev qeyd edib.

Tarix: 5 May 2022, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin