BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis kapitanı qəza törətdi: hadisə yerində öldü

Bakı şəhərində polis qəzada vəfat edib.

 

Pravda.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.

 

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Vasif Qulu oğlu Quliyev idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb.

 

Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.

 

Bildirilib ki, 1988-ci il təvəllüdlü Vasif Qulu oğlu Quliyev xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:

 

“V.Quliyev hadisə yerində ölüb”.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 5 May 2022, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin