BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baku Oil Service”də yanğın - FOTO

Bakının Səbail rayonu ərazisində Salyan şossesində yerləşən “Baku Oil Service” mərkəzində yanğın baş verib.

 

Pravda.az xəbər verir ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat verib.

 

Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.

 

Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

 

Qeyd edək ki, yanğın nəticəsində mərkəzin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları yararsız hala düşüb.APA

Tarix: 2 Mart 2020, 22:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin