BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Quliyev: “Keçmiş məcburi köçkünlər Qarabağa qayıtmaq, rahat şəraitlərini təmin etmək istəyirlər”

“Prezident İlham Əliyev haqlı olaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə baş plandan kənar heç bir tikinti işi aparılmamalı, daş daş üstünə qoyulmamalıdır. Əks halda, həmin ərazilərdə qarışıqlıq yaranar. Eyni zamanda, keçmiş məcburi köçkün və qaçqınlar da doğma yurdlarına qayıtdıqdan sonra özbaşına tikinti işi apara bilməzlər. Bu, mütləq razılaşdırılmış şəkildə həyata keçirilməlidir. Onsuz da işğaldan azad edilmiş ərazilərdə yaşayış məskənləri, evlər, iş yerləri, təhsil və səhiyyə ocaqları salınır. Misal üçün, Bakı kəndlərində hərə bir tərəfdə tikinti işi apardığına görə kanalizasiya xətti çəkmək müşkülə çevrilib. Ona görə də bütün işlərin baş planlara əsasən aparılması daha məqsədəuyğundur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün qurulduğunu nəzərə almaq lazımdır: “Yəni, baş plan əsas götürülərək elə düzgün tikinti-bərpa işləri aparılmalıdır ki, yüzilliklər, minilliklər sonra da əhalinin rahatlığı təmin edilə bilsin. Bu gün, demək olar ki, hər kəs Qarabağa - öz doğma torpağına qayıtmaq, orada rahat şəraitini təmin etmək istəyir. Keçmiş məcburi köçkünlərin doğma yurdları palçıqlı, yağışlı, dağlı, yamaclı da olsa, onların uşaqlığı həmin torpaqlarda keçib. Ona görə də həmin ərazilərə qayıdanda, oraları görəndə göz yaşlarını saxlaya bilmirlər. Allah ermənilərin evini yıxsın, bütün şəhər və kəndləri dağıdıb məhv etdilər. Ermənilər ağıllarını başlarına yığsınlar və növbəti müharibə üçün zəmin yaratmasınlar. Unutmaq olmaz ki, “dəmir yumruq” hər zaman hazırdır və erməninin başını əzə bilər. Doğrudur, Ermənistandan müsbət mesajlar alırıq, amma Ermənistan müxalifəti sabitliyi pozmağa cəhd edirlər, bəzi qüvvələr hələ də status xülyası ilə yaşayırlar. Nəzərə almaq lazımdır ki, hətta Ermənistanın inkişafı üçün də işğaldan azad edilmiş bütün ərazilərdə nəzarət Azərbaycan Ordusunda olmalı, kommunikasiyalar açılmalı, sərhədlər müəyyənləşdirilməli və sülh sazişi mütləq imzalanmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 5 May 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin