BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: "9 May - Qələbə Gününü formal qeyd etmək, qeyri-iş gününü ləğv etmək olmaz"

"9 May - Qələbə Günü Azərbaycanda mütləq bayram kimi qeyd edilməlidir, çünki qələbənin əldə edilməsində Azərbaycanın rolu böyükdür. Bu, bayramdır. İstənilən bayramı formal qeyd etmək, qeyri-iş gününü ləğv etmək olmaz".


Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. 


Partiya sədri qeyd edib ki, indiki halda belə Qələbə günü Azərbaycanda bayram kimi qeyd olunmazsa, Rusiya buna qıcıqlanmaz: "Rusiya heç nəyə qıcıqlanmaz, məsələ bu deyil. Əsas məsələ odur ki, Azərbaycanın bu müharibənin qazanılmasında payı var. Bunu nəzərdə saxlamaq lazımdır".


Nəzrin Cavid

Tarix: 5 May 2022, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin