BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Hakimiyyət strukturlarında qadınların sayı çox olarsa, rüşvətxorluq olmayacaq”

“Bu gün bütün dövlət strukturlarda qadınların sayı azdır. Ancaq qadınlar həmişə hər yerdə birinci olublar, çünki qadınlar çox ağıllıdırlar. Ümumiyyətlə, qadınlar bir çox məsələlərdə kişilərdən üstündürlər. Onlar hakimiyyətdə 50/50 faiz nisbətində təmsil olunmalıdırlar”.

 

Bunu Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

N.Cəfəroğlu əlavə edib ki, qadınlar vətəni, dövləti ailələri kimi sevir: “Hakimiyyət strukturlarında qadınların sayı çox olarsa, rüşvətxorluq da olmayacaq. Çünki qadınlar indiki məmurların əksinə olaraq dövlətə də, millətə də öz ailəsi kimi davranış nümayiş etdirəcəklər. Bütün qadınların belə olacağını demirəm, ancaq əksəriyyəti bu şəkildə davranacaq. Ona görə düşünürəm ki, qadınların hakimiyyət strukturlarında daha çox sayda təmsil olunması vacibdir. Bununla bağlı müəyyən qanun olmalıdır. Bunu necə həyata keçirə bilərlər, bilmirəm. Amma elə olsun ki, müəyyən vəzifə üçün bir qadın və bir kişi dəvət etdinlər. Yəni ağıllı qadınların hamısını kişilərlə eyni sayda, 50/50 faiz nisbətində işə götürülməlidirlər”.

 

Leyla

Tarix: 5 May 2022, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin